Aşiq olan o türreyi-zülfi-müənbər
Aşiq olan o türreyi-zülfi-müənbər Müəllif: Həsənəli xan Qaradaği |
Aşiq olan o türreyi-zülfi-müənbər,
Divanələr kimi düşər axırdə çöllərə.
Hərçənd müxbirü labəvü fəryad eylədim,
Ahü fəğanım etmədi tə’sir dillərə.
Divanə könlimin qoy ola bir fərağəti,
Məşşatə çəkmə şanə dəxi bir də tellərə.