Aşiqiyəm
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Bulaq üstdən gələn, ay qız,
Camalının aşiqiyəm.
Yaşmaq altdan gülən, ay qız,
Kamalının aşiqiyəm.

Elə qıyqac baxma mənə,
Həsrət-həsrət, dönə-dönə.
Bulaq üstə qayıt yenə,
Camalının aşiqiyəm.

Məmmədhüseyn gözlər yolun,
Bulaq üstə oğrun-oğrun.
Sal boynuma dola qolun,
Vüsalının aşiqiyəm.