AAK-ın tərkibi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (26 may 1992-ci il)
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasının tərkibi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (1992) Müəllif: Azərbaycan Respublikası Nazirlər Kabineti |
Mənbə: Azərbaycan Respublikası Dövlət Arxivi, f. 3189, siy. 3, sax. vah. 13, v. 18-20. |
Nazirlər Kabinetinin 284 saylı Qərarı
redaktəBakı şəhəri, 26 may 1992-ci il
Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. Rəhimov Ədalət Vilayət oğlunun Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası sədrinin birinci müavini, Əliyev Rafiq Əziz oğlunun və Mahmudov Yaqub Mikayıl oğlunun sədrin müavinləri, Quliyev Raqib İsmayıl oğlunun Ali Attestasiya Komissiyasının baş elmi katibi təyin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası sədrinin təklifi qəbul edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin tərkibi təsdiq olunsun (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri
R.HÜSEYNOV
Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsi müdirinin müavini
İ.HACIYEV
AAK-ın Rəyasət Heyətinin tərkibi
redaktə- Aslanov Aslan Məmməd oğlu — Azərbaycan Respublikası Elmlər Akademiyası ictimai elmlər bölməsinin akademik katibi, EA-nın akademiki
- Axundov Davud Ağa oğlu — Azərbaycan İnşaat Mühəndisləri Universitetinin kafedra müdiri, memarlıq doktoru, professor
- Axundov Vahid Cümşüd oğlu — iqtisad elmləri doktoru
- Qarayev Yaşar Vahid oğlu — Azərbaycan Respublikası Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru
- Qədimov Raul Abdulla oğlu — Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru, baytarlıq elmləri doktoru, professor, əməkdar elm xadimi
- Dadaşov Fərid Həsən oğlu — Azərbaycan Respublikası Elmlər Akademiyası Geologiya İnstitutunun laboratoriya müdiri, geologiya-mineralogiya elmləri doktoru
- Ələkbərov Urxan Kazım oğlu — Azərbaycan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, EA-nın akademiki
- Əliyev Tofiq Məmməd oğlu — Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, EA-nın akademiki, Dövlət mükafatları laureatı, texnika elmləri doktoru, professor
- İlyasov Musa Xanlar oğlu — Azərbaycan Respublikası Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor
- Kələntərov Varqa Kazım oğlu — Azərbaycan Respublikası Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu direktorunun müavini, fizika-riyaziyyat elmləri doktoru
- Məlikova Məsumə Fazil qızı — M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin kafedra müdiri, EA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor
- Mirqasımov Rüfət Mirqasımoviç — Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Moskva şəhəri) laboratoriya müdiri, EA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru
- Mirzəcanzadə Azad Xəlil oğlu — Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri, akademik
- Salayev Eldar Yunis oğlu — Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik
- Seyidov Nadir Miribrahim oğlu — Azərbaycan Elmi Tədqiqat Olefinlər İnstitutu nəzdində kiçik elm-istehsalat müəssisəsinin direktoru, EA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor
- Seyidrza Rza Kərim oğlu — Azərbaycan Dövlət Neft Sənayesi Elmi Tədqiqat və Layihələşdirmə İnstitutunun direktoru, EA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor
- Feyzullayev Rafiq Babaş oğlu — Azərbaycan Respublikası xalq təhsili naziri, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi
- Fərhadzadə Elmar Mehdi oğlu — Sumqayıt Sənaye İnstitutunun rektoru, texnika elmləri doktoru, professor
- Cavadzadə Mirməmməd Cavad oğlu — Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, Dövlət mükafatı laureatı, EA-nın akademiki, tibb elmləri doktoru, professor
- Cəlilov Firudin Ağası oğlu — M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru