A bəxtim
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Nolar bir yol yetişəsən haraya,
Məni oda salıb yatan, a bəxtim.
Çağırram, bu günü yetməsən haya,
Öz işindən özün utan, a bəxtim.

Hər yana baxıram çovğun, qardı, qar,
Boran mənə çəkdirir bax, ahu-zar.
Yorulmazsan, tut əlimdən beyilqar,
İstəyirəm səndən aman, a bəxtim.

Məmmədhüseyn yada düşüb uşaqlar,
Könül Əli deyib bir daha ağlar.
Rəhmə gəlin başı vüqarlı dağlar,
Bəlkə öz-özünə utana bəxtim.