A molla (Şair Məmmədhüseyn)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
A molla (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Neçə axund gördüm, neçə də alim,
Görmədim sən təki nadan, a molla.
İnsafın yox, mürvətin yox, arın yox,
Bilən yoxdu kimdir atan, a molla.
Arazı keçibsən, olubsan molla,
Darğa kəsilibsən sən bu mahala.
Qudurdun, sataşdın gəlinə, dula,
Allaha xoş getməz, bir qan, a molla.
Məmmədhüseyn qananların qananı,
Lütqom idin, eldən almısan nanı.
Əvəzində talamısan hər yanı,
Qənim olar sənə Quran, a molla.