A narın-narın (1898)
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.358

Dil, zikr elə, nə şirindir yar adı,
Qayin cinmi gəlir, a narın-narın.
Əta qılsa, can təzədən yaradı,
Gah yaxır səqərin, a narın-narın.
 
Nə alidi, nə alçaqdı a qala,
Yar istəyir yar yanında a qala.
Sənginərsə, eşq ataşın a qala,
Yandırırsan yandır, a narın-narın.
 
Dərdi-hicran artır hərdən yar, aşır,
Çin-çin saçın qəddi dala yaraşır.
Tez yetirsən ağlıyanda yara şir,
Qurbandan gizlətmə, a narın-narın.