A qalanmasın
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.340

Qəvvas cumub dəryalara a dalsın,
Nabələd kənarda, a qalanmasın.
Mərd iyidlər çörək versin, ad alsın,
Namərdə güvənib ağalanmasın.
 
Keçib üç yüz otuz ay sənəm indi,
Şölələnib gündə, ay sənəm indi.
Yar desə: ləbimdən, ay sən əm indi,
Nə ki xəstə həsrət, a qalanmasın.
 
Qurban qüdrət eldə yada saldı yar,
Təbib sənsən, aç yaramı saldiyar.
Hər kim səni məndən ayrı saldı yar,
Öləndə beş ərşin ağ alanmasın.