A yüzə tək-tək
A yüzə tək-tək Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
O sərxoş yerişin, o sallanışın
Yetirdi dərdimi a yüzə tək-tək.
Camalın şoxundan ağlım dağıldı,
Əfşan eylə zülfün ay üzə tək-tək.
Məskən saldım astananda, dərində,
Dost bağını becərin də, dərin də.
Gövhər olar dəryalarda dərində,
Onu qəvvas çəkər ay üzə tək-tək.
Ələsgərin az ömrünü üz, Gilə!
Sona sənsən, dəryalarda üzgilə†.
Bir salxımda peyvəst olub üz‡ gilə,
Kamil bağban gərək ay üzə tək-tək.