A yana-yana
A yana-yana Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Bir Leyliyə urcah oldum, nə oldum,
Məcnunam eşqindən ay ana-ana.
Özü getdi, saldı məni bu oda,
Qalmışam əlində a yana-yana.
Süzdürüb oynatdı ala gözünü,
Ya ölləm, ya canım ala gözünü.
Göz açdım, gəlmədi alagöz ünü,
Zülfün daramışdı a yana-yana.
Məmmədhüseynəm, yön çevirrəm yaracan,
Qibləgahım o qapıdı, yar açan.
Kim söyləməz belə gözəl yara “can”
Qalmışam adını ay ana-ana.