A yara, məndən
A yara, məndən Müəllif: Növrəs İman |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Vaxt dolandı, gəldi keçdi zamana,
Niyə əl çəkmədin, a yara, məndən?
Nə əcəl gəlmədi, yetişəm cana,
Nə xəbər yetmədi, a yara məndən.
Can deyən Fərhaddı, Şirin daha nə?
Əsb əlində söylər şirin dəh ana.
Gəlibdi ləblərin şirin dahana,
Görmüşəm ləzzətin, a yar, əməndən.
İman qələm çalır, nə xoş səfadı,
Nə nizam yoxumdu, nə xoş səf adı.
Pərişan xəyalım naxoş səfadı,
Xain bəd qandırıb a yara məndən.