Abad olsaq da bir, olmasaq da bir

Abad olsaq da bir, olmasaq da bir
Müəllif: İbrahim Dərdli
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Xaraba qul olduq bəzmi aləmdə
Abad olsaq da bir, olmasaq da bir.
Düşdük, çarə nədir, aləmdə dama
Azad olsaq da bir, olmasaq da bir.

Bir Şirin əlindən eşq meyin içdik
Haqq ilə batili fərq edib seçdik.
Valıq dağlarını gəldik də keçdik
Fərhad olsaqda bir, olmasaq da bir.

Ey Dərdli aləmdə biz şahi-diliz,
Haqqdan, həqiqətdən agahı-diliz,
Tarixi əsrara ervahı-diliz,
İrşad olsaq da bir, olmasaq da bir.