Abbasını özün al

Abbasını özün al
Müəllif: Molla Nəsrəddin


Birisi molla Nəsrəddinin boynuna bir sillə vurmuşdu. Molla qazının yanına şikayətə getdi. Sillə vuran adamı tapıb gətirdilər. Qazı kitabını açıb bir qədər vərəqləyəndən sonra mollaya dedi:

- Boynunun ardında sillənin yeri qalmadığı üçün ondan bir abbası ala bilərsən.

Bu söz mollanın xoşuna gəlmədi. Dikəldi və qazının boynuna bir sillə vurub dedi:

- Mən tələsirəm, abbasını ondan özün al!