Abdulla Canızadənin aşıq Valehə həcvi
Abdulla Canızadənin aşıq Valehə həcvi Müəllif: Abdulla Canızadə |
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva). |
Valeh, nə əcəb, zümzümeyi-sövti-xərin var.
Fəxr eylə ki, qanuni-hünərdən xəbərin var.
İncitdi məni acı sözün, tündü nigahın,
Eh nəxli qəbahət, nə bəla təlxi bərin var.
Aldatdı sənin belini basdı hacızadə,
Soncuqlama bundan belə, zəxmi-kəmərin var.
Qərbalə qoyub, arını bazarda satdın.
Sodəgərisən, yaxşıca sodədə sərin var.