Acı həqiqət, insan heç qanan olmayacaq?
Acı həqiqət, insan heç qanan olmayacaq? (1993) Müəllif: RAUF CAVAD |
Dünya abad olmayıb, heç zaman olmayacaq!?
Qabil kimi adam, heç vaxt insan olmayacaq!?
Bir gün gələcək Zaman, həyat abad olacaq,
Ədalətə naümid olma, qan olmayacaq!
Bir gün yenidən zülm, zalımlar baş qaldıracaq,
Şaha ümid olma, kor, fərman olmayacaq!
Dünya əzəldən bəri dava-dalaş, quraqlıq,
Fanidi hər şey, sülh-barış, dərman olmayacaq!
Sən ol kimsəsizə dayaq, düşmən hər an oyaq,
Can, zənn etmə ki, heç ahü-fəğan olmayacaq!
Nə zaman fani dünya yerindən oynayacaq!?
İnsan şeytan ikən, sevgi-güman olmayacaq!
Qopacaq qiyamət, heç bir insan qalmayacaq,
Həqqi danan kəs, heç cür oyanan olmayacaq!?
Öləcək ölüm də sonda, kimsə qalmayacaq,
Acı həqiqət, insan heç qanan olmayacaq!?
Həyat əbədi deyil, ani, qısa bir sonluq,
Bir oyun qurulub, düz oynayan olmayacaq!?
Eşidin həqiqəti, gəlin mehriban olaq!
Bilin daha birdə insan, cavan olmayacaq!
Bəzən edirəm ümid, bəşər insan olacaq,
Həqq kəlamı qanacaq, dik şalban olmayacaq!
Demək lazımdı yaxşı, insan, Rauf olacaq,
Çətindi pis işlər, qanan, nadan olmayacaq!