Adam olmaq
Adam olmaq Müəllif: Redyard Kiplinq |
Ətrafında hər kəs yanılsa, bunu da səndən bilsə
Sən ağlı başında qala bilsən əgər
Hər kəs səndən şübhə edərkən həm şübhəyə yer buraxıb
Həm də özünə güvənə bilsən əgər
Gözləyə bilsən usanmadan
Yalanla cavab verməsən yalana
Özünü övliya sanmadan
Kin saxlamaya bilsən kin saxlayana
Xülyalara qapılmadan röya qura bilsən
Yolunu sapdırmadan düşünə bilsən əgər
Nə qazandım deyə sevinər, nə uduzdum deyə üzülər
İkisinə də hədsiz önəm verməyə bilsən əgər
Söylədiyin gerçəyi bükən kələkbaz
Aldada bilər deyə safları dərd etməsən
Ömrünü sərf etdiyin iş dağılsa da usanmaz
Və girişə bilsən işə yenidən
Töküb ortaya varını yoxunu
Bir yazı turada itirsən belə
İtirdiklərini dolamadan dilinə
Başdan tuta bilsən yolunu
Ürəyinə, qəlbinə döz deyəcək
Dirəncindən başqa şeyin qalmasa da
Hər kəsin buraxıb getdiyi nöqtəyə
Sən söykənə bilsən tək
Hər kəslə oturub durub ərdəmli qala bilsən
Unutmaya bilsən xalqı krallarla gəzərkən
Dost da düşməndə incidə bilməzsə səni
Nə kiçimsəyər və nə də böyüdərsən əgər çevrəni
Hər saatın hər dəqiqəsinə
Əməyini qatsan haqqcasına
Hər şeyiylə dünya önünə sərilər
Üstəlik oğlum, onda sən bir İNSAN OLDUN deməkdir.