Rəvayətlər. Adamyeyən uşaq
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir arvadın uşağı iki aylığında diş çıxardır. Pütün camahat məhətdəl qalır, başdıyıllar bı uşaxdan qorxmağa. Əvdə tək olanda doğmaca anası da bınnan qorxurmuş. Uşağı döşdən kəsillər, inəh, keçi südüynən bəsliyillər. Ta uşağın südünü yetirmək olmurmuş. Bir gün uşax dil açıp çörəh isdiyir. Qorxudan anasının ürəyi partdıyıb ölür. Uşax anasının da gücünü oğurruyup çıxır kəndə. Başdıyır adamnarı tutub yeməyə. Bir neçəsin yeyir, sora qəzəbdən özünün də ürəyi partdıyır.

Mənbə

redaktə