Adum-adum iləri, beş aləmdən içəri
Adum-adum iləri, beş aləmdən içəri Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Adum-adum iləri, beş aləmdən içəri.
On səkiz bin hicabı keçdüm bir tağ içində.
Yetmiş bin hicab keçdüm, gizlü pərdələr açdum,
Ol dost ile buluşdum, gördüm bir dağ içində.
Gözlər kibi görmədüm, söz kibi söyleşmedüm,
Musileyin münacat etdüm bir dağ içində.
Göglər kibi gurladum, yellər kibi inlədüm,
Sular kibi çağladum, aqdum bir dağ içində.
Bir döşək döşəmişlər, nur ilə bəzəmişlər,
Dedüm bu kimin ola, sordum bir dağ içində.
Ayrilmadum piriimdən, ayrılmadum şeyxümdən,
Eşqdən bir qədəh aldum, içdüm bir dağ içində.
Vardıım, iləri vardum, lövhi elümə aldum,
Ayətlərin oqıdum, yazdum bir dağ içində.
Qəlbdən böyük dağ olmaz, ol Allaha doyulmaz,
Söhbetinə qanılmaz, irdütn bir dağ içində.
Açdum Məkkə qapusın, duydum ol dost qoqusın,
Ərənləriin həpisin gördüm bir dağ içində.
Yunus aydur gəzərəm, dost elidür bazarum,
Ol Allahun didann gördüm bir dağ içində.