Aftabi-tələtin tutduqca övci-irtifa
Aftabi-tələtin tutduqca övci-irtifa Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.171. |
Af’tabi-təl’ətin tutduqca övci-irtifa’,
Qətli-əhli eşqə tiği-qəmzədir ondan şüa’.
Dəşt tutmaq adətin qoymuşdu Məcnun eşqdə,
Şöhreyi-şəhr olmağın rəsmin mən etdim ixtira’.
Zərq dəryasında bir xaşakdır kim, cizginir
Sufiyi-şəyyad kim, dövran tutub eylər sima’.
Keçdigim dünyavü üqbadən səninçün oldu faş,
Doğru derlər: “küllü sirrin cavəzəl-isneyni şa’”.
Ol büti-sərkəş gəlir, salmış cəmalından niqab,
Ey səlamət əl-firaq, ey əqlü iman, əlvida.
Canü dil bir ömrdür tiğinçün eylərlər cədəl,
Girmədən tiğin sənin ortayə, qət’ olmaz niza’.
Ey Füzuli, axirət mülkünə lazımdır səfər,
Böylə fariğ, təqvadən mühəyya qıl məta’.