Agah et, ey bad, məndən ol vəfalı həmdəmi

Agah et, ey bad, məndən ol vəfalı həmdəmi
Müəllif: Kazım ağa Salik
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Agah et, ey bad, məndən ol vəfalı həmdəmi,
Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
Çarə qıl kim, qərqi-ab etmiş məni çeşmim nəmi,
Vəqtdir, ey Nuhi-dövran, gəl ki, gəlmişdir dəmi,
Yoxsa bu tufana sənsiz çarəsaz olamaz gəmi.

Hanı Rüstəm Zal, yəni pişvayi-pəhləvan?
Hanı ol divi-səfidə vurduğu gürzi-giran?
Hanı ol Əfrasiyab, İsfəndiyari-qəhrəman?
Cümləsin qüllabinə çəkmiş qəzayi-asiman,
Leyk qılmış sənglax çərx Rəxşi-Rüstəmi.

Aləmi təxsirə salmış fitnəvü ali-fələk,
Aləmə məlumdur kim, böylədir hali-fələk,
Aqilü nadan olubdur cümlə pamali-fələk,
Sərvqədlər qədini əymişdir ol zal fələk,
Gör necə zali-fələk təsxirə salmış aləmi.

Düşmənidir bu zamanda hər kişi öz canının,
Fərqi yoxdur bir-birindən aqilü nadanının,
Vay, yüz nıin əlindən ədlsiz dövranının.
Dərd üçün heç bir təbibin sudi yox dərmanının,
Bu zəmanə zəxminin yox bir müvafiq məlhəmi.

Demə bu zəxmin, təbiba, bunda yoxdur çarəsi,
Məlhəmi-vəslət dilər bu tiği-hicran yarəsi,
Qərqi-xun eylər cahanı çeşmimin fəvvarəsi,
Olmuşam dəşti-fənadə Arifın avarəsi,
Gəl ki, pamal eyləmişdir Saliki hicran qəmi.