Ahu kimi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Ahu kimi gözlərin,
Şirin-şirin sözlərin.
Sən mənimsən, mən sənin,
Nəyə gərək sözlərin.

Canım, gözüm, hər sözüm,
Sənsiz mən necə dözüm?

Gündən çıxaq kölgəyə,
Dəsmal verdim sevgiyə.
Cəfa çəkdim, yar sevdim,
Qismət oldu özgəyə.

Ay qız, dur gəl yanıma,
Qadan, balan canıma.
Mən səndən əl üzmərəm,
And olsun vicdanıma.

Mənbə

redaktə
  • Xalq mahnıları. Bakı,2014, səh.9.