Al şanə dəstinə, sənəma, darə tellərin

Al şanə dəstinə, sənəma, darə tellərin
Müəllif: Məhəmməd Xəlifə Aciz
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Al şanə dəstinə, sənəma, darə tellərin,
Könlüm kimi dağıt yenə rüxsarə tellərin.

Tutmuş günün qabağını zülfün, kənarə çək,
Etmiş əcəb qəra günümü qarə tellərin.

Bimari-eşq, xöstəvü rəncurəm, ey təbib,
Etməz nədən bu dərdimə bir çarə tellərin?!

Axırda aşikar olub, sirri-eşqə bax,
Yusif kimi salıb məni bazarə tellərin.

Bülbül kimi nəvayə gəlib, eylərəm xüruş,
Etmiş əsir hər gülü bir xarə tellərin.

Ey mahi-gülüzarü ey şuxi-dilrüba!
Qoymuş məni bu dəhrdə avarə tellərin.

Od tutdu pərlərim bu zaman, nıahi-gülüzar,
Salmış məni nə növ ilə, gör, narə tellərin.

Əbruyi-tiğ, qəmzeyi-tir, afəti-cahan,
Əzbəski vurdu sinəmə, ol yarə tellərin.

Bilməm səbəb nədir genə, ey yari-mehriban,
Mənsur tək çəkib məni ol darə tellərin.

Bilməm yovuncu eyləyək axır, ey sənəm,
Sənan kimi bu Acizi, zünnarə tellərin.