Ala gözlü nazlı dilbər (Qaracaoğlan)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Ala gözlü nazlı dilbər (Qaracaoğlan) Müəllif: Qaracaoğlan |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ala gözlü nazlı dilbər,
Qoyma məni ər yerinə.
Altın kəmərin olayım
Dola məni bel yerinə.
Heçinə, könlüm, heçinə
İgidə ölüm keçinə.
Al məni zülfün ucuna
Sallanayım tel yerinə.
Gəl, qız, qarşımda dursana,
Bir mənim halım sorsana,
Zülfündən bir tel versənə,
Qoxlayayım gül yerinə.
Qaracaoğlan der nolayım,
Qolun boynuma dolayım.
Nazlı yar, kölən olayım
Qəbul eylə qul yerinə.