Alar
Alar Müəllif: Aşıq Alı |
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23. |
Bu dünyanı təcrübədən fəhm edən,
Əşyan qurar, körpü salar, ad alar.
Yüz namərdlə şəkər yesən ağıdı,
Bir mərd ilə ağı yeyən dad alar.
O qohumun, o taxılı, o unu,
Hamidardı, apar doldur xurcunu.
Qaytarmasan bir yumurta borcunu,
Aqibətdə tələb edib yad alar.
Alı, sözün fitnəlidi, fellidi,
Kitab-kitab sirlərini həll edi.
Mərdin adı hünərindən bəllidi,
Nanəciblər əməlindən ad alar.
- “Şuşa” qəzeti, 20 sentyabr 1983-cü il.