Alay-alay olub gələn gözəllər

Alay-alay olub gələn gözəllər
Müəllif: Gədayi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Alay-alay olub gələn gözəllər,
Gəlin, keçin, gedin yollannızdan.
Hər biriz aləmə padişahsınız
Neçin qaçarsınız qullannızdan?

Gözə yasaq yoxdur, biz də baxalım,
Önünüzdən sular kimi axalım,
Bir gülciyəz verin, biz də qoxalım,
Bir gül ehsan edin güllərinizdən.

Seyrana çıxmışlar onlar bir uca
Boylan uzun həm belləri incə.
Yalvara-yalvara könül alınca
Çözərlər quşağı bellərinizdən.

Gözüm heyran olar baxsam ovaya,
Buyurun, gedəlim bizim obaya.
Sualınız varsa bu mən Gədaya
Bir xəbər duyayım dillərinizden.