Aldığı nəfəs zərər, cümlə-söz gopçusu

Aldığı nəfəs zərər, cümlə-söz gopçusu (1993)
Müəllif: RAUF CAVAD

İblis, əfi ilan kor nəfsin qarolçusu,
Dillənçi-yaltaq, ədəbaz pis nəfs yolçusu.

Fısıldayar nəfs, mızıldayar gizlin-gizlin,
Sancar ilan kimi, dili, şeytan ovçusu.

Görünməz geyinər murdar tülkü libasın,
Üzü qaradır, gizlin nəfsin ofsunçusu.

Danışar yalan-palan, sözü qara-yara,
Aldığı nəfəs zərər, cümlə-söz gopçusu.

Qurar min cür hiyləgər oyunbaz oyunu,
Oynayar gic-qanmaz, nəfsinin oyunçusu.

Otdayar gic qoyun kimi doymayar nəfsi,
Rauf! Bəşər nəfsin əsiri, nəfs qoçusu.