Alfa Erkəklər
Alfa Erkəklər (08.02.2021) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Beta, teta, zeta, meta kimsəyə lazımdımı?
Alfa erkək lider olsun – dünyada istər hamı!
Əl-Fərabi bir zaman Turanı məşhur eyləmiş,
Türk elimdən dünyaya çıxmışdır elmin bayramı.
İbn Sina: “Hey, qələm çal, qardaşım, yetdim!” dedi,
“Əş-Şəfa”, “Qanun”la gəldi xəstə qəlbin aramı.
Uğraşıbdır pəhləvanlar bir qələm uğrunda, bax,
Süslənibdir “Xəmsə” ilə gör necə Türkün damı!
Bir xəyanət fitnəsiylə türklərə qəsd eylədi,
Fürsəti fövt eyləməz, boş görsə düşmən ortamı.
Alfa erkəklər çox olmuş tarixində Türklərin,
Qəlbini məşəl edən ər yandırıb qeyrət şamı!
Zənn edirsən Qoç Koroğlu hər bəyə düşmən olub?
Mərd ərənlər hər kim olsa, içdirib şərbət camı.
Çox şükür, Teymur, bu meydan bircə an boş qalmadı–
Tanrımız Öndər yetirdi xalqıma Mərd İlhamı!