Alim və dənizçi
Alim və dənizçi Müəllif: Şifahi xalq ədəbiyyatı |
Alim gəmi ilə səyahətə çıxmışdı. O, dənizçilərin birindən
soruşdu:
– Sən qrammatikanı bilirsənmi?
– Yox, bilmirəm, – deyə dənizçi ona cavab verdi.
Alim dedi:
– Sən ömrünün yarısını itirmisən.
Çox keçmədən fırtına qopdu, gəmi batmağa başladı. İndi dənizçi alimdən soruşdu:
– Sən üzə bilirsənmi?
– Yox, üzə bilmirəm, – deyə alim cavab verdi.
Dənizçi dedi:
– Sən həyatını bütünlüklə itirdin.