Allah, ölümün haqdı

Allah, ölümün haqdı
Müəllif: Miskin Abdal
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.


Bu dünya, o dünya var,
Allah, ölümün haqdı!
Bir dirilik suyu var,
Allah, ölümün haqdı!

Axırın puçdu, dünya,
Var ikən heçdi dünya.
Hey gəldi, keçdi dünya,
Allah, ölümün haqdı!

Abdal, yastıq daş olar,
Üst torpağın yaş olar.
Mələklər yoldaş olar,
Allah, ölümün haqdı!