Allah, Allah (Aşıq Nəsib)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Allah, Allah
Müəllif: Aşıq Nəsib
Mənbə: Əskər Nailə. Aşıq Nəsibin yaradıcılıq yolu. Bakı, "Elm və təhsil", 2016

Bahar adım eşitdim,
Bağrım yandı, Allah, Allah!
Gözlərimdən axan yaş da
Qızıl qandı, Allah, Allah!

Bir yanda mən, bir yanda yar,
Bir zaman olduq bəxtiyar.
O günlərdən xatirə var; -
Könül andı, Allah,, Allah!

Nəsib yazıq qaldı belə,
Sazını götürdü ələ,
Dərdini gətirib dilə,
Yanmcandı, Allah, Allah!