Qohum-qardaş o tərəfdə, kimdən xəbər alım,Allah,
Ürəyimdən qanlar axır, xoş xəyala dalım,Allah?!
Qaralanıb elim mənim, yarı orda, yarı burda,
Zəhər olub xörək aşım, bilməm olüm,qalım,Allah?!
Qəfildəncə gözüm dolur, könül arayır Canbazı,
Dodağımdan bir ah qopur, görəmmirəm gələn yazı.
Dərd əlindən qaradayam, oldum şadlığın möhtacı,
Axı, necə məclis qurum, telli sazı çalım,Allah.
Qəm əlindən gəl, ey Nəsib, dağlara de dərdini sən,
Dərd görənə, həm yeyənə, ağlara de dərdini sən.
Arpa kimi Qaraxan tək, çağlara de dərdini sən,
Dağ-daş, sular kömək olsun, dəyişsin əhvalım,Allah.