Allah varsa əgər gözlər niyə görməz məgər?

(Allah (Rauf Cavad) səhifəsindən istiqamətləndirilmişdir)
Allah varsa əgər gözlər niyə görməz məgər?! (1994)
Müəllif: RAUF CAVAD

Allah varsa əgər gözlər niyə görməz məgər?!
Əsli nuru görməyə acizdi külli bəşər!

Bəzənib al-əlvan rənglərə hər tərəf hər yer,
Bürünüb göy rəngə səma, nə ucadır göylər!

İşıldayır göydə ulduzlar saysan qurtarmaz,
Sonu yox nə çox nə az görsənməz göydən yerlər!

Bir üzü ağdır geyib gecə libasın qara,
Boyanıb bəxtəvər bu gün-ay nura gecələr!

Günəş nazlı gözəl könülləri sevər oxşar,
Saçın açsa əgər nurundan qamaşar gözlər!

İstərki kim görsün düşünsün gündüz gözəlin,
Açsın uyuyan əqlin gözün hər gün hər səhər!

Yaraşıqlıdır bu gün dünən yaşıl göy çəmən,
Görsənər yaxından uzağı Qərib bir təhər!

Bülbül gülün sorağından eylər ahü-fəğan,
Qonar məhəbbət budağına nəğməsin söylər!

Sirrin açıb yer-göy gözlərə girər görünsün,
Görməz Həqqi o kəs ki, ruhunu bilməz gövhər!

Rauf, ümid varmı bəşərə, səsini duysun?!
Əql sahibinə yetəzmi möcüzə bu qədər!?