Allah deyəlüm daim, Allah görəlüm neylər

Allah deyəlüm daim, Allah görəlüm neylər
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Allah deyəlüm daim, Allah görəlüm neylər,
Yolda turalum qaim, Allah görəlüm neylər.

Allah deyü qıl zari, oldur qamunım van,
Andan umalum yan, Allah görəlüm neylər.

Çıqarmayalum dildən, ayrılmayalum təndən,
Ta azmayalum yoldan, Allah görəlüm neylər.

Aclıq som toqlıqdur, toqhq som yoqlıqdur,
Bu yollar qorquhqdur, Allah görəlüm neylər.

Sən sanmaduğun yerdə şayəd açıla pərdə,
Derman irişə dərdə, Allah görəlüm neylər.

Gündüz olalum saim, gecə olalum qaim,
Allah deyəlüm daim, Allah görəlüm neylər.

Adı-sanı dillərdə, sevgüsi könüllərdə,
Şol qorqulu yollarda Allah görəlüm neylər.

Adü sanı unutdum, küfrümi suya atdum,
Miskinligə əl qatdum, Allah görəlüm neylər.

Her dəm talalum bəhrə, aldanmayalum dəhrə,
Səbr eyləyəlüm qəhrə, Allah görəlüm neylər.

Ar-namusı bıraqdum, kilümi suya atdum,
Dərvişlige el qatdum, Allah görəlüm neylər.

Məcnun kibi avarə, aşiq oluban yarə,
De, Yunus - sən biçarə, Allah görəlüm neylər.

Yunus, sən anı sanma bu eşq sana sendəndür,
Can qamuya andandur, Allah görəlüm neylər.

Netdi bu Yunus, netdi, bir toğn yola getdi,
Pirlər ətegin tutdı, Allah görəlüm neylər.