Alma (Qurbani)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Alma (Qurbani) Müəllif: Dirili Qurbani |
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05. |
Üç ay yay dolanıb payız olanda,
Mәst olub sığışmır budağa alma.
Lalәdәn, qönçәdәn artıq deyilsәn,
Versәnә nәfsinә qadağa, alma!
Sәni yaradıbdı Cәlilü Cabbar,
Hüsnün kitabının adı kirdigar,
Özü xırdacana, dәnәsi gülnar,
Narnan düzülәydin otağa, alma!
Sәn ha Qurbaninin canın üzәrsәn,
Qaş oynadıb, gözlәrini süzәrsәn,
Adәtindi, әldәn-әlә gәzәrsәn,
Yoxdu sana qoruq-qadağa, alma!