Almasım üçün
Müəllif: Əhməd Cavad

Bir il bundan əvvəl bir səhər erkən
Günəş üfüqlərə sırma düzərkən,
İşıqlar zülməti saldı kəm əndə.
Günəşlə bərabər oyandın sən də.
Yuyundun, darandın, qarlar kimi saf,
Tellərin sığallı, gözlərin şəffaf;
О axşam yazdığım dəftəri tutdun,
Neylədim baxmadın, şeir oxutdun.
Bir şeir yazmışdım dərdi-dilim dən,
Çox bəyəndin, qızım, öpdün əlimdən.
Səndən bir yadigar olacaq deyə,
Of... yaza bilsəydim sənə mərsiyə;
Biçarə qəlbimi sərinlətm əyə,
İnan, öm ürlükcə yetərdi, qızım!