Aludeyi-sərməstəm, bu kar nədir bilməm
Bilməm Müəllif: Şahnigar xanım |
Aludeyi-sәrmәstәm, bu kar nәdir bilmәm,
Saqi ilә hәmdәstәm, sәrşar nәdir bilmәm.
Aludeyi-bir yarәm, eşqindә bu gün zarәm,
Dәymә ki, sızıllarәm, azar nәdir bilmәm.
Aludeyi-gülzarәm, dillәrdәki göftarәm,
Sanmaz mәni kim, xarәm, gülzar nәdir bilmәm.
Aludeyi-hәmsayәm, düşmәz dәrinә sayәm,
Çün şerdürür mayәm, göftar nәdir bilmәm.
Aludeyi-dildarәm, hәr şamü sәhәr zarәm,
Bir çeşmә giriftarәm, xummar nәdir bilmәm.
Aludeyi-şahmarәm, yalvarmada bir marәm,
Zülfilә günüqarәm, tәrrar nәdir bilmәm.
Aludeyi-in karәm, aşüfteyi-bir yarәm,
Mәn talibi-dildarәm, әğyar nәdir bilmәm.