Aman ovçu
Müəllif: Şifahi xalq ədəbiyyatı


Aman ovçu, vurma məni,
Mən bu dağın maralıyam.
Maralıyam mən, maralı,
Ovçu əlindən yaralıyam.

Bu dağlarda maral gəzər,
Əl-ayağın daşlar əzər.
Mən yarıma neyləmişəm,
Yarım məndən kənar gəzər.

Mənbə

redaktə
  • Xalq mahnıları. Bakı,2014