Amandı (Məsim Bəyazidli)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Amandı Müəllif: Aşıq Məsim Bəyazidli |
Mənbə: Mahmud Kamaloğlu. "Aşıq Məsim Bəyazidli". Azərbaycan Aşıqlar Birliyi (az.). "Ozan dünyası" jurnalı. 2013. 2016-08-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-09. |
Başına döndüyüm xanım növcavan,
Mayıl oldum qoşa gözə, amandı.
Gərək bu dostluğu yetirək başa,
Uymuyasan əyri sözə, amandı.
Kərəm kimi mən də sevdim tərsanı,
Gözüm olsun gözləriyin qurbanı,
Yorulmaram sənlə gəzsəm dünyanı,
Kefə gedək bir Tiflisə, amandı.
Elim Borçalıdı, Bəyazid kəndim,
Min gözəl içində səni bəyəndim.
Sən Əslini sevdim, Kərəmtək yandım,
Məsim yazdı vəsfin saza, amandı.