Ana verib mənə canı

Ana verib mənə canı! (1994)
Müəllif: RAUF CAVAD

Ana verib mənə canı!
Həyat verib can Zamanı!

Bəxş edib canı, insana,
Lütf edib həyatı, Ana!
Gərək insan Həqqi qana,
Gələ düz yola, imana!
Din, Kamil edir insanı!

Bizi, kim tərbiyyə edir?!
O kəsin ismi nə gedir?!
Ana müqəddəs törədir,
Ədəb-ərkanı öyrədir!
Ana məktəb, dərs imanı!

Ana, hər zamanım, ahım,
Nəbzim, bu günüm, sabahım!
Ana, məbədim, salahım,
Ata, qiblə, səcdəgahım!
Coşur can, damarda qanı!

Ana, ülvi duyğularım,
Qəlbdəki şən Arzularım!
Anadır dildə şüarım,
O, şirin sözüm, Nigarım!
Rauf, Zəhranın Heyranı!