Anacan (xalq mahnısı)
Anacan Müəllif: Portal:Şifahi xalq ədəbiyyatı |
Həmçinin baxın: Haqqında • xalq mahnısı |
Mahnının sözləri
redaktə"Anacan"
- Anacan, bağrımı qan eyləmişəm mən,
- Gözlərimi giryan eyləmişəm mən.
- Bir ala gözlü yarın eşqi yolunda,
- Öz canımı qurban eyləmişəm mən.
Nəqarət:
- Anacan, ağrın alım.
- Anacan, başına dönüm
- Qoy dolanım mən, mən, mən, mən.
- Mənim öz sevgilimə
- Heyran olum mən. mən, mən, mən.
- Gülü xəndan kimidir yarın ləbləri,
- Ceyrana bənzər onun ala gözləri.
- İki kəlmə danışıb, ayrıldı məndən,
- Əqlimi şur elədi şirin sözləri.