Analar bəzəyi (Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Analar bəzəyi
Müəllif: Mirzə Ələkbər Sabir

Bəzək, bəzək ki, deyirlər, cəvahirat deyil,
Cəvahirat bu gün ziynəti-həyat deyil.

Nədən cəvahirə fəxr eyləsin gərək nisvan?
Cəmadə fəxr isə şayani-ümmühat deyil.

Həqiqi validənin ən şərəfli bir bəzəyi –
Ədəbli, uslu çocuqdur, təcəmmülat deyil.

O madərin ki, yox övladə hüsni-tərbiyəsi,
Səzayi-məkrəməti-nami-validat deyil.

Həyata layiq olan ziynət – elm gövhəridir
Ki, boylə bir dirilik qabili-məmat deyil.

Mənbə

redaktə
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 299