Anlagil eşq nədir, dinlə, nə mənadır bu
Anlagil eşq nədir, dinlə, nə mənadır bu Müəllif: Mirhəmzə Seyyid Nigari |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Anlagil eşq nədir, dinlə, nə mənadır bu!
Badeyi-lütfı-xuda, bəxşişi-mövladır bu!
İçəlim şamü səhər içrə və lakin bicam,
Camə hacətmi olur, badeyi-mənadu- bu!
Hərfsiz aşiqi-şeydalərə təlim eylə,
Dərsi-əsran nə xoş, dərsi-dilaradır bu!
Məxfidir, eşq xəfiyyatı hüveyda eylər,
Söylərəm böylə, vəli, gör nə müəmmadır bu!
Söyləyin aləmi-əşardə şirin-şirin,
Madehi-eşqi-xuda, təbi-şəkərxadır bu!
Qasid, ey Mir Nigari, görünür xəndəzənan,
Var bir xeyr xəbər aləmə büşradır bu!