Anub qiyamət günini ağlaşalum ol gün içün

Anub qiyamət günini ağlaşalum ol gün içün
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Anub qiyamət günini ağlaşalum ol gün içün,
Ol gün məlamət günidür, ağlaşalum ol gün içün.

Ol gündə yerlər yanla, cümlə ölənlər dirilə,
Cümlə günahlar sonla, ağlaşalum ol gün içün.

Ol gündə gög çatlayısar, insan necə qatlanısar,
01 gündə kim qorqmayısar, ağlaşalum ol gün içün.

Ah o günün qorqulan qoca qılur mə’sumları,
Necə olur mücrimləri, ağlaşalum ol gün İçün.

01 gün qatı əfğan ola, erkək-dışi üryan ola,
Cümlə cigər büryan ola, ağlaşalum ol gün içün.

Ey Yunus Əmrə, gir yola, hal bilməz, qardaş nə ola?
Məgər dərman Həqden ola, ağlaşalum ol gün içün.