Aparmağa gəlmişik

Aparmağa gəlmişik
Müəllif: Şifahi xalq ədəbiyyatı


Aparmağa gəlmişik,
Yar almağa gəlmişik.
Oğlanın adamıyıq,
Aparmağa gəlmişik.

Qızıl güllər koldadır,
Əl çatmayan qoldadır.
Qız ürəyi döyünür,
Oğlan gözü yoldadır.

Qızın bəxti ağ olsun!
Qohumları sağ olsun!
Qızın getdiyi yollar,
Görüm çil-çıraq olsun.

Mənbə

redaktə
  • Xalq mahnıları. Bakı,2014, səh.17.