Aram-aram, züm-zümə edər xoş ölümü aşiq
Aram-aram, züm-zümə edər xoş ölümü aşiq (1996) Müəllif: RAUF CAVAD |
Ölümün qollarında can verər sevgili qonaq,
Öpüşlər arası sıxılıb əzilər dil-dodaq.
Sovurar qanı bədən, gələr cana ruh hərəkət,
Ölüm sıxar canı bir an dayanar, cümlə budaq.
Sevgilinin gözlər yolunu həsərətlə ölüm,
Çün aşiqidir məşuq onun, gecə-gündüz oyaq.
Ölüm bir oyundur, saçı telləri uzun-qısa,
Darayıb saçlarını, yonmaq, lazımdı oxşamaq.
Bir dərdir ölüm düşüb üzə qara zülfün teli,
Naz eyləyir yorğun-durğun, salıb eşqi qul-dayaq.
Yeyir qəm ürəyi, yadə düşür ölüm xəbəri,
Gəlir yazın nəfəsi, bülbül gülə səs salaraq.
Aram-aram, züm-zümə edər xoş ölümü aşiq,
Deyər ağuşuna al məni yar, bir yerdə olaq!
Susayıb ölümə sevgili canan, deyir Rauf,
Gəl birlikdə duraq, can verib, sevişib yaşayaq.