Arayı-arayı bulsam izüni
Arayı-arayı bulsam izüni Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Arayı-arayı bulsam izüııi,
İzinün tozına sürsəm yüzümi,
Həqq nəsib eyləsə görsəm yüzüni,
Ya Mühəmməd, canum arzular səni.
Bir mübarək səfər olsa da getsəm,
Kə’bə yollarında qumlara batsam,
Xub cəmalun bir gəz düşdə seyr etsəm,
Ya Mühəmməd, canum arzular seni.
Zərrəcə qalmadı könlümdə hilə,
Sidq ile girmişəm bən bu Həqq yola,
Əbubəkr, Ömər, Osman da bilə,
Ya Mühəmməd, canum arzular seni.
Əli ilə Həsən, Hüseyn anda,
Sevgüsi könüldə, məhəbbət canda,
Yarın məhşər güni olur divanda,
Ya Mühəmməd, canum arzular səni.
Ərəfat dağıdur bizüm dağumuz,
Anda qəbul olur bizüm duamuz,
Mədinədə yatar peyğəmbərümüz,
Ya Mühəmməd, canum arzular səni.
Yunus mədh eylədi səni dillərdə,
Dillərdə, dillərdə, həm könüllərdə,
Ağlayu-ağlayu ğürbət ellərdə,
Ya Mühəmməd, canum arzular səni.