Armanım qaldı
Müəllif: Məxtumqulu Fəraqi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Zübeydə, naçaram, dinlə
Qəlbimdə armanım qaldı.
Gözlərimdən axtırdım qan
Zəminə bax: qamm qaldı.

Bülbüləm çəkmişəm zan
Sovuldu eşqin bazan.
Vuruldu hicran xancan
Ağlar Mənli xantm qaldı.

Ötən günlərim duş olub,
Gəzdim elimdən dış olub,
Baxın, cəsədim boş qalıb
Lahidd içrə canım qaldı.

Günbə-gündən dərdim artıb,
Gəzmədim cahanı yortub,
Zəhmət çəkib, azar dartıb,
Düzdüyüm dastanım qaldı.

Zalım fələk, qəhbə fələk,
Çox canlan qıldın həlak.
Lalə, zəmin, asman, mələk,
Bax, mahi-tabanım qaldı.

Mextumqulu, qara üzün,
Dinləməzlər zann, sözün,
Zübeydem yaşlasın gözün
Yiyesiz dükanım qaldı.