Arqun xanın Fransa kralı IV Filip məktubu

Arqun xanın Fransa kralı IV Filip məktubu (1289)
Müəllif: Arqun xan
Mənbə: Letter from Argun, Mongol Khan of Persia, to Philppe le Bel, King of France


Əbədi Tanrının gücündən altda. Əlahəzrət xandan (Xubilay xan) altda. Arqun, sözümüz. İred Faransa (Fransa kralına). Keçən il nümayəndə heyətinizin başçısı Mar Bar Sauma bizə bildirdi ki, “əgər Elxanın əsgərləri Misirə yürüş etsələr biz də onlara qoşulacağıq”, biz bu təklifi qəbul edib “Tanrıya dua edərək pələng ilində qışın son ayında yürüş edəcəyik və yazın ilk ayının 15-də Dəməşqə enəcəyik”. İndi, sözünüzə sadiq qalırsınızsa, əsgərlərinizi təyin olunmuş vaxta göndərin, biz Tanrıya ibadət edərək, o torpaqları (Dəməşqlə birlikdə) fəth edirik, Qüdsü isə sizə verəcəyik. Əsgərlərinizi təyin olunmuş vaxtdan gec toplamağınız nə qədər münasib ola bilər? Sonrakı peşmançılıq nə olar? Həmçinin, artıq sözünüz varsa, nümayəndələriniz cəh-cəlal, qızılquş, Frank torpağında bahalı nə əşya və heyvan varsa, götürsünlər və uça-uça gəlsinlər, yalnız Tenqriyin Küçin və Xaqanu Suu sizinlə necə iltifatla davranacağımızı bilir. Bu sözlə biz Muskeril (Buskarello) Xorçini yolladıq. Yazımız inək ilinin birinci ayında, altıncı xuuçiddə (köhnə ayın altıncı günü) biz Xondlonda olanda yazılıb.