Arqun xanın Roma papası IV Nikolasa məktubu
Arqun xanın Roma papası IV Nikolasa məktubu (14 may, 1290) Müəllif: Arqun xan |
Mənbə: Validation by Holiness or Sovereignty: Religious Toleration as Political Theology in the Mongol World Empire of the Thirteenth Century |
...Sizin “Qoy (Elxan) vəftizi (xaç suyuna çəkilməyi) qəbul etsin” deməyiniz qanunauyğundur. Biz deyirik: “Biz Çingiz xanın törəmələriyik, öz monqol kimliyimizi qoruyuruq, kimin xaç suyunu qəbul edib-etməməsi yalnız əbədi Tanrının qərar verəcəyi bir şeydir”. Sizin kimi vəftizi qəbul etmiş və təmiz ürəyə sahib insanlar dinə, əbədi Tanrıya və Məsihə qarşı hərəkət etmir. Əbədi Tanrını unutmuş və ona itaət etməyən digər xalqlara qaldıqda isə, onlar yalan danışır və oğurluq edir, elələri çox deyilmi? İndi siz deyirsiniz ki, vəftizi qəbul etmədiyimizə görə inciksiniz və narahatlıq hissini keçirirsiniz. (Lakin) biri əbədi Tanrıya ibadət edirsə və doğru düşüncə ilə yaşayırsa, bu vəftiz olmaq kimi bir şeydir. Bu məktubu Urumidə olanda, pələng ilinin birinci yay ayında, yeni ayın beşində yazdıq.