Arvad
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Ay hazarat, başa yaman bəladır,
Çox danışıb ərlə deyişən arvad.
Bütün günü ar etməyib kimsədən,
Savaşıb, qışqırıb, döyüşən arvad.

Yaman oda saldım özüm-özümü,
Baş açmıram seçəm əyri-düzünü.
Ha deyirəm, eşidən yox sözümü,
Aman, tapın alnıaçıq, şən arvad.

Məmmədhüseynəm, yanar oda düşmüşəm,
Qəm içində qəmtək qara bişmişəm.
Nə lazımmış özü çirkin, ağlı kəm,
Uşağa, böyüyə iyəşən arvad.