Arxalıq-Gərək
Müəllif: Aşıq Nəbi-Aşıq Cəlil

 
Aşıq Nəbi:
Heç tərifə gəlməz padşah libası,
Məxmərdən güləcə, mahuddan xası.
Qolları üstündə bəzbənd duası,
Bədnəzər gözünə gələr arxalıq.

Aşıq Cəlil:
Arxalıq əlindən gəlib amana,
Səni qatlayıban bir bükən gərək.
Səfər edib qədəm bassan bir yana,
Dalına almağa bir örkən gərək.

Aşıq Nəbi:
Uzunu boyuma çatmır ki, çatmır,
Bu necə paltardı, ürəyə yatmır.
Tikişi, forması heç məni açmır,
Məni dərd-qəmə bələr arxalıq.

Aşıq Cəlil:
Heç tərifə gəlməz zilan əntəri,
Qolları uzundu, ətəyi geri.
Behbud söylər, “düzəltdir yeri”,
Mən deyən təhərdə bir tikən gərək.

Aşıq Nəbi:
Nəbi deyər bu don mənə gödəkdi,
Əslini axtarsan, dörd top qədəhdi.
Biçən Mirəsəddi, tikən Çiçəkdi,
Canıma od-alov çilər arxalıq.

Aşıq Cəlil:
İynə satan, iynən qalsın mirasa,
İynəsi pərdidi, ildızı kasa.
Aşıq Cəlil, sən danışma, xülasa,
Təzədən onu bir sökən gərək.